Rusiyanın “Meqafon” mobil şirkəti Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib.
TED.az xəbər verir ki, bu barədə mobil operatorun mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçukun Feysbuk sosial şəbəkəsində videosu yayımlanıb.
“Əziz dostlar “Meqafon” şirkəti baş vermiş səhvə görə Azərbaycan xalqından üzr istəyir. Biz artıq səhvimizi düzəltmişik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Meqafon” mobil operator şirkətinin saytında qondarma Dağlıq Qarabağ Respublikasında xidmət göstərdikləri ilə bağlı xəbər verilmişdir. Bununla bağlı Azərbaycan vətəndaşları ciddi etiraz ediblər. Mobil operatorun azərbaycanlı abunəçiləri həmyerlilərimizi sosial şəbəkələr üzərindən “Meqafon”la əməkdaşlığa son verməyə səsləyiblər.