MİDA MMC 32,96 milyon manat dəyərində tender müqavilələri imzalayıb.
“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, MİDA sahəxarici və sahədaxili elektrik enerjisi təminatı(1), 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi(2), 9 mərtəbəli 2 bloklu yaşayış binasının, 19 nömrəli 125 yerlik uşaq bağçası və körpələr evinin və 42 nömrəli qeyri-yaşayış binasının tikintisi(3), 9 mərtəbəli 2 bloklu, 14 və 15 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi(4), 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi(5) ilə bağlı elan etdiyi 5 açıq tenderə yekun vurub.
Tenderlərin qalibi “Enerji Qrup”, “HN Construction”, “Chinar İnshaat”, “GM Construction” (Faktor Qrup-S MMC konsorsiumu), “Araz İnşaatçı” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 6,61 milyon manat, 6,13 milyon manat, 5,49 milyon manat, 9,04 milyon manat, 5,68 milyon manat ödəniləcək.