Vergilər Nazirliyi maraqlı tərəflərin iştirakı ilə hər il keçirilən ənənəvi Vergi Konfransı təşkil edib.
Turk.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb. O bildirib ki, konfransda yeni Vergi Məcəlləsinin vacibliyi, vergi islahatlarının aparılması, bəzi vergi güzəştlərinin ləğvi, vergi ödəyicilərinin sayının artırılması, vergi inzibatçılığının sadələşdirilməsi, şəffaflığın artırılması və s. ətrafında müzakirələr aparılır.