Koronavirusun “omikron” ştamının yayılması fonunda dünya aviaşirkətləri Milad bayramında təxminən 5,7 min reysi ləğv edib.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Təkcə ABŞ-da aviadaşıyıcılar həm daxili, həm də beynəlxalq uçuşların sayını 1 700 azaldıb.
Şirkətlər infeksiyanın artmasına baxmayaraq, milyonlarla insanın hələ də səyahət etməsi üçün mübarizə aparır. ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi dekabrın 23-də ölkənin hava limanlarında 2,1 milyondan çox sərnişinin qeydiyyata alındığını qeyd edib.