Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı (24 may 2018-ci il)
Mayın 24-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, 1918-ci il 28 Mayda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan xalqını və bütün Türk dünyasını təbrik edir. Partiya bildirir ki, Şərqdə ilk demokrtik respublika olan, qadınlara dünyada ilk səsvermə hüququ bəxş etmiş Azərbaycan Xalq Cümhuriyyəti bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı və Azərbaycan xalqının əsasını təşkil edən Azərbaycan Türklüyü millətlər arasında gedən yaşam uğrunda amansız mübarizədə qalib çıxmağa, öz dövlətini qurmağa qabil bir toplumdur. Cəmi iki ilə qədər mövcud olan, Azərbaycan xalqının qurduğu bu dövlətin ideyası Rusiya imperiyası tərəfindən davam etmiş 70 illik işğal dövründə də yaşamış və SSRİ imperiyası çökdükdən sonra yaranmış Azərbaycan Respublikasında öz təzahürünü tapmışdır. AzMDEP bildirir ki, Azərbaycan Dövlətçiliyi və Dövlətimizin Müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın qisası gec-tez alınacaq, işğal edilmiş torpaqlarımız — Şuşa, Xanıkəndi, Laçın, İrəvan və d. erməni və rus işğalçılarından təmizlənəcəkdir. Eyni zamanda AzMDEP əminliyini bildirir ki, AXC-nin 100 illiyinin qeydi Rusiya imperiyasının işğalı və əsarətində olan müsəlman və türk xalqlarının tezliklə azadlığa qovuşmalarının müjdəçisidir.
24 may 2018-ci il mdp_inform@yahoo.com.tr