“Milli Dəyərlərin Qorunması” İctimai Birliyi ““Nurlu əməllərin işığında” sənədli filmin çəkilməsi” layihəsinə start verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi layihəsinin icrasına start verib.

AMİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı ““Nurlu əməllərin işığında” sənədli filminin çəkilməsi” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.
XIX əsrin ikinci yarısında – XX əsrin əvvəllərində Bakının məşhur 11 milyoçusundan biri olan Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunan sənədli filmdə millət vəkilləri, tarixçilər, tanınmış ictimai xadimlər, həmçinin Ağa Musa Nağıyev nəslinin davamçıları öz xatirələrini və fikirlərini bölüşəcəklər.
“Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, layihənin rəhbəri Dilarə Nağıyeva-Muxtarova bildirib ki, layihəni həyata keçirmək üçün hazırlıq işləri artıq tamamlanıb, çəkiliş qrupu formalaşdırılıb və yaxın vaxtlarda sənədli filmdə iştirak edəcək respondentlərdən müsahibələrin alınmasına başlanacaq.

ƏvvəlkiI və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı xərclərini dövlət ödəyəcək – SƏRƏNCAM
NövbətiBakı-Sumqayıt qatarının hərəkət cədvəli birgünlük dəyişdiriləcək