Milli Hidrometeorologiya Xidməti: Dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb

Milli Hidrometeorologiya Xidməti şaxtalı hava şəraiti haqda məlumat yayıb. Bildirilib ki, saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində soyuq, fasilələrlə qarlı hava şəraiti davam edir. Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Hacıqabul, Göyçay, Zərdab, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Laçın, Xankəndi, Qubadlıda qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

ƏvvəlkiZaqatalada qanunsuz ağac kəsmədə təqsirləndirilən AAYDA-nın əməkdaşı həbs olunub
Növbətiİqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib