Milli Kitabxananın əməkdaşları tərəfindən “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, mövzu haqqında kitablar təqdim olunur.
Ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan dilinə və digər dillərə aid kitablar nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcək.