Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 noyabr – Konstitusiya Günüdür“ adlı geniş tərtibatda kitab sərgisi açılıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə azərbaycançılıq, dövlətçiliyimiz, dövlət atributlarımız və müstəqilliyimiz haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş 250-yə yaxın kitab və dövri mətbuat materialları sərgilənir.
Sərgi bir həftə davam edəcək.