Milli Kitabxanada “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.