Naqif Həmzəyev MM Aparatının elektron sistemini sürətləndirmək üçün təklif verib.
“Bildiyiniz kimi, bu il milli parlamentimizin 100 illiyi qeyd olunur. Mən fürsətdən istifadə edib cənab Perzidentə təşəkkür edirəm ki, şəxsən cənab spikerin, ümumilikdə, parlamentin fəaliyyətinə yüksək qiymət verdi. Əminəm ki, biz bu kimi yüksək fəaliyyəti bundan sonra da davam etdirəcəyik. Yeri gəlmişkən mənim bununla bağlı təklifim var.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deputat Naqif Həmzəyev bildirib.
O deyib ki, Milli Məclisə (MM) bu ilin dövlət büdcəsindən ayrılan vəsaitlər çox düzgün xərcləndi və parlamentdə avadanlığın demək olar, hamısı yenilənib. Bu, çox yaxşı haldır. Mən bir təklifin reallaşmasını xahiş edərdim. Bilirsiniz ki, ölkədə elektron dövlət sistemi çox uğurla gerçəkləşdirilir. Parlament də bu prosesin tərkibində öz üzərinə düşəni uğurla həyata keçirir. Parlamentin aparatının işi də çox ağırdır. MM Aparatının elektron sistemini sürətləndirmək üçün təklif edirəm ki, əgər hökumət tərəfindən bununla bağlı parlamentin büdcəsinə əlavələr olsun.
Bu elektronlaşdırma işini xeyli sürətləndirərdi. Deputatların ofisinin də bu sistemə inteqrasiya olması çox faydalı olardı. İnanıram ki, biz deputatlar də bu məsələdə çiynimizə düşən işin məsuliyyətini daim unutmayacağıq”.