Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Report” xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5146030160,0 manat məbləğində müəyyən edilib.
Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsindən əhaliyə ödənişlər üzrə xərclərə 5 004 790 000,0 manat, əmək pensiyalarının ödənilməsi xərclərinə 4 880 040 000,0 manat, hamiləliyə və doğuma görə 40 050 000,0 manat, uşağın anadan olmasına görə 11 800 000,0 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 16 170 000,0 manat, dəfn üçün 24 060 000,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.