Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fazil Mustafa evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. Hazırda vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Cinayət hadisəsini törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.