Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirində iştirak etmək üçün bu gün İsveçrənin Cenevrə şəhərinə səfər edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, deputatlar səfər çərçivəsində “Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.
Səfər sentyabrın 19-da başa çatacaq.