Milli Məclisin deputatları xidməti vəsiqə ilə hərəkət edəcəklər

Nazirlər Kabineti tərəfindən elan edilən karantin rejimində hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb.

“Report”un xəbərinə görə, həmin siyahıda Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları da var.

Aprelin 5-sən etibarən həm deputatlar, həm də Milli Məclis Aparatının əməkdaşları xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında sərbəst hərəkət edə biləcəklər.

ƏvvəlkiBakıdakı Qran-pri növbəti ilə təxirə salındı
NövbətiKoronavirusla bağlı Azərbaycan neftçilərindən həmrəylik çağırışı