Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” məsələ parlamentin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Qərarla Milli Məclisin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılacaq:
1. Allahverdiyev Elnur Marat oğlu,
2. Əliyev Rauf Asif oğlu,
3. Hacıyev Emin Məcid oğlu,
4. Quliyev Eldar Allahyar oğlu,
5. Hüseynova Sevinc Əmirəhməd qızı,
6. Vəliyeva Sədaqət Süleyman qızı,
7. Zabelin Mixail Yuryeviç.
Hesablayıcı komissiyanın hazırkı sədri Eldar Quliyev məlumatı “Report”a təsdiqləyib.