Azərbaycan Milli Məclisinin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası başlayıb.
“Report” xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 52 məsələ daxildir.
Bunlar “Məhkəmələr və hakimlər haqqında”, Notariat haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Elektron ticarət haqqında” “Lisensiyalar və icazələr haqqında”, “Patent haqqında”, “Banklar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Mülki, Gömrük məcəllələrinə dəyişiklik layihələridir.
Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul ediləcək.