Milli Məclisin sədri MDB PA-nın 55-ci plenar iclasında çıxış edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edəcək.

“Report” xəbər verir ki, parlament sədrinin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqa gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

ƏvvəlkiQəbələdə Yengicə su anbarı tikiləcək
NövbətiGəncə İdman Sarayı gələn ildən beynəlxalq yarışlara ev sahibliyi edəcək