Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai
Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürova həsr
olunmuş “Bir elin Şahları” filminin nümayişi keçirilib.
Öncə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini
Həbib Misirov Milli Qəhrəman Şahlar Şükürovun şərəfli həyat yolu haqqında bəhs
edərək bildirib ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər
rayonunun Zülfüqarlı kəndində anadan olub. Rostovda Ali Polis Akademiyasını
bitirən Şahlar Şükürov daxili işlər orqanlarında fəaliyyətə başlayıb və polis mayoru
rütbəsinə qədər yüksəlib. 1990-cı ildə Tərtər – Kəlbəcər yolu ilə hərəkət edən
maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə
qarşılaşmış, bu qeyri-bərabər döyüşdə o, qəhrəmanlıq nümayiş etdirərək, həlak
olmuşdur. Bu qanlı hadisə zamanı eyni zamanda Aşıq Şəmşirin qızı Çimnaz xanım
da qətlə yetirilmişdir. Bu hadisə zamanı göstərdiyi şücaətə görə Şahlar Şükürova
"Azərbaycanın Milli Qəhrəmanı" adı verililmişdir.
Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz
xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin
redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi filimin
ərsəyə gəlməsi barədə tədbir içtirakçılarına geniş məlumat verdilər.
Sonra Milli Qəhrəmana həsr olunmuş “Bir elin Şahları” adlı film nümayiş
etdirilib. Filmin nümayişindən sonra Kəlbəcər rayon ziyalıları, ictimaiyyət
nümayəndələri qəhrəman haqqında, eyni zamanda film barəsində təəssüratlarını
bölüşüblər. Çıxış edənlər – Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru
Əlövsət Ağalarov, şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, və başqaları
Şahlar Şükürovun hər kəsə nümunə olan ömür yolundan bəhs ediblər, eyni
zamanda bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunun formalaşmasında
müstəsna rol oynadığını xüsusi vurğulayıblar.
Milli Qəhrəmanın qardaşı Malik Şükürov Şahlar Şükürovun ailəsi adından
filimin hazhazırlanmasında xidmətləri olanlara, “ Aşıq Şəmşir” Mədəniyyət Ocağı
ictimai birliyinə tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib. Şəhid
ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına da minnətdarlıq edib.
Tədbirin sonunda Milli Qəhrəman Şahlar Şükürovun ömür yolunu əks
etdirən “Bir elin Şahları” filminin ərsəyə gəlməsindəki xidmətlərinə görə
Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım
Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru
Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi “Aşıq Şəmşir”
Mədəniyyət Ocağı İctimai Birliyinin “Təşəkkürnamə” Diplomu ilə təltif ediliblər.