Sumqayıt şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş stolüstü tennis turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Qarabağ” NN stolüstü tennis klubunun bazasında təşkil olunan yarışda 2006-2008, 2009-2012, 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi maraqlı idman mübarizəsi ilə yadda qalıb.
Turnir Milli Qurtuluş Gününün şəhərdə qeyd edilməsi, stolüstü tennis idman növünün təbliği və inkişafı, respublika yarışlarında iştirak edəcək şəhər seçmə komandasının komplektləşdirilməsi məqsədilə keçirilib.
Qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunub.