Milyardlıq aktivləri olan Fondda yoxlamalar başlayır- İKİ MƏMUR KRESLOSUNU İTİRƏ BİLƏR

“Maliyyə Bazarlarına Nəzarət Palatası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini araşdıracaq. İlin əvvəlindən banklarla sözügedən qurum arasında başlayan qalmaqal pik həddə çatıb. Fondun rəhbəri Fəxri Kazımovun bank rəhbərlərinin müraciətlərinə əhəmiyyət verməməsi, kredit limitlərini ancaq özünün seçdiyi kommersiya təşkilatına yönəltməsi ciddi gərginlik yaradıb. Artıq Fəxri Kazımov barəsəində tədbir görməyin vaxtı çatıb”.

Gununsesi.org xəbər verir ki, Azpolitika.inf-ya bank sektorundakı mənbələrə istinadən xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindən narazılıqlıar ipoteka kreditləri üçün ayrılan dövlət vəsaitlərinin iri banklara verməməsi, habelə Fondun pullarının şübhəli şəkildə aşağı reytinqli kommersiya qurumlarında depozit kimi yerləşdirilməsi ilə bağlıdır:

“Fondun rəhbərliyi heç bir şəkilə əsaslandırmır ki, ilk onluqda olan bir neçə banka niyə limit ayırmır. Yaxud, nəyə görə milyonlarla vəsaitdən ancaq F.Kazımovun qaranlıq “işbirliyi” olan banklar faydalanmalıdır? Biz ipoteka kreditləri ilə bağlı müraciətləri geri çeviririk, çünki vəsait yoxdur. Amma Fondun pulları Fəxri Kazımovun dostluq münasibətində olduğu iri tikinti şirkətləti vasitəsi ilə bazara buraxılır. 10, 15, 25 illik ipoteka krediti ilə mənzil satışını həyata keçirən bir çox şirkətlərin fəaliyyətini araşdırsaq, İpoteka Fondunun vəsaitlərini orada tapa bilərik” – deyə mənbə vurğulayıb.

Məlumatda qeyd olunur ki, Fondun Elektron İpoteka və Zəmanət Sisteminin fəaliyyəti də Fəxri Kazımovun istəyi ilə müəyyənləşir:

“Özlərinə lazım olanda sistemi aktivləşdirib müraciətləri qəbul edirlər. Qalan müddətdə sistemə daxil olmaq müşkül məsələdir. Beləliklə, aktivləri milyarda çatan Fond bir-iki adamın şəxsi mülkiyyəti kimi idarə olunur. Heç bir sosial mahiyyəti qalmayıb, dövlət siyasətinin həyata keçirilməsində qurumun üzərinə qoyulan vəziflərədən tamamilə imtina olunub”.

Mənbə daha sonra bildirib ki, yaranmış vəziyyət bank sektorunda bir neçə dəfə müzakirə olunub:

“Bank rəhbərləri üzləşdikləri qanunsuzluqlardan Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyi qərara alblar. Amma Palata uzun müddət bu müraciətləri qulaqardına vurub. Yalnız ölkə rəhbərliyi durum barədə məlumatlandırıldıqdan sonra Fondun fəaliyyətinin araşdırılması barədə qərar qəbul edilib”.

Bizi məlumatlandıran qaynaq obyektiv araşdırma aparılarsa, Fəxri Kazımovun və onun müavini Rəhman Hümbətovun tutduqları postdan kənarlaşdırılacaqlarına, məsuliyyətə cəlb olunacaqlarına şübhə etmir:

“Uzun illər ərzində Fondda elə qanunuzluqlar baş verib ki, onları ört-basdır etmək mümkün deyil. İndi onların üzə çıxarılması üçün dövlət rəhbərliyinin göstərişi var. Bu addımlar devalvasiyadan sonra çox ağır vəziyyətə düşən, müflisləşən bank sektorunun canlanmasında bir təkan ola bilər. Biz ümidlə gözləyirik” deyə mənbə vurğulayıb.

Gununsesi.org

Əvvəlki“WorldFood Moscow” sərgisində Azərbaycanın 40-dan çox şirkəti iştirak edir
NövbətiAzərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb