Mixail Qorbaçovun mükafatdan məhrum olunması tələbi ilə Nobel Komitəsinə müraciət edilib

“Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kəriminin rəhbərliyi altında cəmiyyət üzvləri, ictimai fəallar, 20 Yanvar

şəhidlərinin ailə üzvləri və Qarabağ müharibəsi veteranları da olmaqla 100 nəfərdən çox insanın iştirakı ilə videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın gedişatında yekdilliklə Norveç Nobel Komitəsinə ünvanlanmış qətnamə qəbul edilib.

Nobel Komitəsinin sədri Yorgen Vatne Frydnesə və komitə üzvlərinə göndərilən açıq məktubda Mixail Qorbaçova 1990-cı ildə Nobel

mükafatının verilməsinin ədalətsiz olması ilə bağlı məsələ qaldırılıb. Sənəddə qeyd olunur ki, 1990-cı il 20 Yanvar faciəsinə görə əsas məsuliyyəti M.Qorbaçov daşıyır. Məhz onun əmri ilə sovet ordusu Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olub.

Qətnamədə M.Qorbaçovun Nobel mükafatından məhrum edilməsi tələb olunur. Qeyd edilir ki, bu addım tarixi ədaləti bərpa edəcək, Nobel Komitəsinin Azərbaycan xalqına olan hörmətini nümayiş etdirəcək və mükafatın mənəvi nüfuzuna inamı artıracaq. Nobel mükafatının əsaslandığı fundamental dəyərlərin qorunması zərurəti xüsusi qeyd olunur.

Bundan başqa, məktubda qeyd olunur ki, 20 Yanvar faciəsi nəinki Azərbaycan xalqına, hətta ümumilikdə bütün bəşərə qarşı cinayətdir.

Əvvəlki“Birbank” mobil tətbiqində yaranan narahatlıqla bağlı rəsmi açıqlama yayılıb
NövbətiNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib Prezident İlham Əliyev müşavirədə çıxış edib