“ASED Fighting Championship” (AFC ASED) liqasının təşkilatçılığı ilə MMA üzrə “Xarıbülbül” həvəskar turniri keçirilib.
AFC ASED-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnirdə 9 qızıl və 2 gümüş medal qazanan Şəmkirin “Yusif” döyüş klubu komanda hesabında birinci olub. Klub məşqçi Samir Məhərrəmovun rəhbərliyi altında 11 idmançı ilə təmsil olunub.
Turnirdə Əli Əliyev (58 kq), Rahil Bağırov (62 kq), Sərdar Sərdarlı (66 kq), Nübuvet Quluzadə (71 kq), Cəmil Yusifov (77 kq), Amil Sadrayev (84 kq) və Şahmar Hüseynli (93 kq) döyüşlərini qələbə ilə başa vurublar.