Moldovada fövqəladə vəziyyət rejimi tətbiq edilib.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
Belə ki, ölkə parlamenti 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Bu rejimin tətbiqi Ukraynadakı vəziyyətlə bağlıdır.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.