Moldovada bəzi yerlərdə elektrik enerjisi kəsilib.
“Report” bu barədə Moldovanın yerli saytlarına istinadən xəbər verir.
Kişinyovda elektrik enerjisinin kəsilməsi fonunda trolleybuslar dayanıb.
Qeyd edək ki, ölkə demək olar ki, bütün elektrik enerjisini Rumıniyadan alır.