Moldovanın Avropa İttifaqına üzvlük üçün müraciətindən sonra əldə etdiyi irəliləyiş Kişinyovda səkkiz Avropa ölkəsinin xarici işlər nazirliklərinin nümayəndələri tərəfindən müzakirə edilib.
“Report” xəbər verir ki, Avstriya, Bolqarıstan, Fransa, Almaniya, Lixtenşteyn, Litva, Rumıniya və İsveçin xarici işlər nazirliklərinin qadın nümayəndələri Moldovanın Aİ-yə üzv olmaq üçün müraciətindən keçən bir il ərzində əldə edilmiş tərəqqi, 2023-cü il üçün bu sahədə rəhbərliyin prioritetlərini müzakirə ediblər.
Səkkiz ölkənin rəsmisi həmçinin, Moldova Prezidenti Maya Sandu, Baş nazir Dorin Reçan ilə də görüşəcəklər.
2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitdə Aİ-nin dövlət və hökumət başçıları Ukrayna və Moldovaya quruma üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər ki, bu statusun alınması Aİ-yə gedən yolun başlanğıcıdır.
Üzvlük danışıqlarına başlamaq üçün ölkələr islahatlar və Dnestryanı problemin həlli də daxil olmaqla bir sıra şərtləri yerinə yetirməlidirlər. Bu ilin əvvəlində Sandu etiraf edib ki, hökumət 2022-ci il üçün Fəaliyyət Planının Avropa Komissiyasının respublikaya namizəd statusu verərkən tövsiyə etdiyi 35 bəndin yarısından azını yerinə yetirib.