Tacikistanın Vəhdət şəhərinin məscidlərində pop-ulduzların konsertinə bilet satılır.
Türk.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun tacik redaksiyası(“Ozodi”) məlumat yayıb.
Vəhdət şəhərinin məmurları bir sıra yerli hökumət qurumları kimi, məscidləri də sentyabrın 11-də, yəni İslam təqvimi ilə Məhərrəm ayının 1-də axşam şəhər stadionunda baş tutacaq Tacikistan və Özbəkistan pop-ulduzlarının konsertinə bilet satışı aparmağa məcbur etməyi qərara alıblar. Bir sıra məscid rəhbərlikləri buna razı olsalar da, adlarını çəkməyən bəzi imamlar İslam ibadətgahı üçün təhqir olan bu rəzil addımı icra etməkdən üz döndəriblər. Digər məscidlərdə isə bir neçə gündür ki, bilet alınması üçün əməlli-başlı növbələr yaranıb…
Qeyd edək ki, İslam şəriətinə görə, məscidlərdə hər hansı bir ticarət, alğı-satqı aparılması qadağan edilir.