Monqolustan parlamenti ötən cümə günü keçirilən növbəti seçkilərdən sonra Daşzeqve Amarbayasqalanı yeni spiker seçib.
AZƏRTAC xəbər verir ki, 43 yaşlı Amarbayasqalanın namizədliyi parlamentin ilk iclasında 126 deputatın əksəriyyəti tərəfindən dəstəklənib. O, 2022-ci ildən Nazirlər Kabinetinin baş katibi, 2016-cı ildən isə hakim Monqolustan Xalq Partiyasının baş katibi vəzifələrində çalışıb.
Doqquzuncu parlament seçkilərində səs çoxluğu əldə edən Monqolustan Xalq Partiyası 126 mandatdan 68-nə sahibdir.