Monteneqro parlamentinin sədr müavini Azərbaycanda səfərdədir

Monetenqro parlamentinin sədr müavini Genci Nimanbequnun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Türk.az Monetenqro səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı Monetenqro parlamentinin sədr müavini azərbaycanlı deputatlarla görüş keçirib və görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən də iki ölkənin parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Monteneqronun nümayəndə heyəti həmçinin sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

ƏvvəlkiMonteneqro parlamentinin sədr müavini Azərbaycanda səfərdədi
Növbətifexri-nefci