Rusiya paytaxtı Moskvanın mərkəzi Arbat küçəsində binalardan biri Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, belə qərar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Moskva şəhər rəhbərliyi tərəfindən qəbul edilib.
Binanın bir tərəfində “Rusiya – bayraq – diplomatik münasibətlərin 30 ili”, digər tərəfində isə “Azərbaycan – bayraq – diplomatik münasibətlərin 30 ili” yazısı proyeksiya edilib.