Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Cənubi Koreyadan yüklərin Transsibir magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyə istiqamətində daşınması məsələsi müzakirə edilib. Tərəflər daşıma mexanizmləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artırılması məsələsini diqqət mərkəzində saxlayıblar.