Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə İƏT-dən bildirilib.
Tərəflər Türkiyədə zəlzələ baş verən bölgələrdəki vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 43 556 nəfər ölüb.