MSK Fərəc Quliyevlə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxıb.

Modern.az xəbər verir ki, MSK-nın davam edən iclasında Fərəc Quliyevlə bağlı qərar verilib. Həmin dairədən qeydə alınan digər 3 namizədin şikayəti qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif edilib.

Qeyd edək ki, 31 saylı suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairədən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı MSK-ya şikayət ediblər. Şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quliyev isə bu iddianın əsassız olduğunu bildirib.

ƏvvəlkiNaqif Həmzəyevin seçicilərlə görüşləri ruh yüksəkliyi ilə davam edir
NövbətiÇexiya ilə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub