Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Əliyevin məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra Fuad Əliyevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.