İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək. Hər məntəqəyə orta hesabla təxminən 800-900 nəfər seçici düşür. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdəki siyahılar dəqiqləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
Məzahir Pənahov vurğulayıb ki, Azərbaycanın istənilən vətəndaşının adı ona uyğun olan ərazidə fəaliyyət göstərən seçki məntəqəsindəki siyahıya daxil edilməyibsə, MSK-ya müraciət edə bilər.
O bildirib ki, xarici ölkələrdə yaşayan vətəndaşların səs verməsi üçün konsulluqlara və səfirliklərə göstərişlər verilib.