Amerika Ukraynanın vasitəsi ilə Rusiyanın (dolayısı ilə qərbin) başının üstə “Damokl” qılıncını asa bildi. Çoxları bu müharibənin bir neçə ildən sonra bitəcəyini zənn edirdi. Amma belə həll planı Amerikanın marağına uyğun gəlmirdi. Amerikaya indiki vəziyyətin uzun illər sürməsi sərf edir. Belə vəziyyətdə rusiya hər il işğal elədiyi əraziləri əlində saxlamaq üçün milyardlar xərcləyəcək ki, bu da iqtisadiyyatına ciddi ziyan vuracaq.
Nəzərə alsaq ki, belə vəziyyət on illər çəkə bilər, o zaman rusiyanın qəddini düzəltmək imkanlarının nə qədər zəif olduğunu görmək olar. Amerikaya da hələ ki, elə bu lazımdır. Amerika isə bu on illər ərzində sürətlə Ukraynanı dirçəldəcək. Bu on illər ərzində Ukrayna elə dirçəlib qüdrətli dövlət olacaq ki, ya torpaqların qısa müddətdə müharibə ilə işğaldan azad edəcək ya da rusiya reallığı qəbul edib (az ehtimal olunsa belə, çünki ruslar çox şovinistdir, zopadan başqa variantı qəbul etmir) özü sərhədlərinə çəkiləcək. Rusiyanın öz sərhədlərinə çəkilməsi halında belə şovinist rusiya vətəndaşlarının ciddi təpkisi ilə vəziyyəti daha da pisləşəcək ki, bu da yenə Amerikanın maraqlarına uyğun olacaq.
Göründüyü kimi Amerika düşməni olan dünyanın iki super (Rusiya və Çin ) güclərindən birini təsirsiz hala gətirə bildi. Bundan belə rusiya sadəcə ayı kimi donquldayacaq amma real gücü olmayacaq. Boş yerə deməyiblər, gen qaz ,dərin qaz axırda özün düşəcəksən. Uzun illər rusiya ermənilərin vasitəsi ilə Qarabağ üzərindən başımızın üstündən “Damokl” qılıncın asmışdı. 30 ildən sonra dövlətimiz şanlı ordumuzun vasitəsi ilə 44 günlük müharibə ilə həmən qılıncı rusun təpəsinə endirə bildi. Ukraynada bu perioddan keçməli olacaq. Çünki qlobal oyunçular heç zaman 4-5 illik strategiya qurmurlar.
İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin
sədri Şaban Nəsirov