Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Yayılan məlumatı qəti surətdə təkzib edirik.

ƏvvəlkiLaçın-Xankəndi yolu: Ekoaksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir
NövbətiAtışma hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı