Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunun Çiraquz kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Çiraquz kəndi Ermənistan ordusu tərəfindən 2 oktyabr 1992-ci ildə işğal olunub. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.