Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb.
Dövlətimizin başçısı digər paylaşımında qeyd edib: “Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik və bunu görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır”.