”Nənəmin kəlağayısı” kitabının təqdimatı keçirildi

27 may, 2024-cü il tarixində Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə şair Brilyant Atəşin ”Nənəmin kəlağayısı” kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açdı, vvətənimizin ərazi bütövlüyü, suverenliyi, azadlığı uğrunda canından keçən şəhidlırimiz bir dəqiqəlik sükuta edildi. Azərbaycan himni səsləndirilidi. ”Sazın Sözün Butası” təşkilatının sədri, Gürcüstanın ”Şərəf” ordenli şairi Səadət Buta, yazıçı, ədəbi təhlilçi Vaqif Osmanlı, Azərbaycan Televizyası və radiosunun əməkdaşı Ötərxan Eltac, MDPM İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Gürcüstanın sabiq milıət vəkili Ramiz Bəkirov, ”Nur Ocağı” ədəbi məclisinin sədri Sehran Süleymanova, şairlərdən- Rəqibə Qəvvas, Rövşən Xaləddinoğlu, Qulu Xaləddinoğlu, Ramilə Əliyeva, Xəzər Məsimov və başqaları çıxış.etdilər. Aşıqlardan Rafiz Məmmədov və Museyib İlhamoğlu Brilyant Atəşin şeirlərini saz üstə gözəl ifa etdilər. Sumqayyıt şəhəri, İsmət Qayıbov adına 1 saylı məktəbin şagirdi Fərman Əzizovun ifası alqışlarla qarşılandı. Kitab şairin sayca 4-cü kitabıdı. Tədbirdə KİV nümayəndələri, saz-söz aşiqləri çıxış etdilər.

Brilyant Atəşin ''Nənəmin kəlağayısı'' kitabının təqdimatı

Brilyant Atəşin ''Nənəmin kəlağayısı'' kitabının təqdimatı

Sonda xatirə şəkili çəkildi.

ƏvvəlkiAzərbaycanın Müstəqillik Günü Küveytdə də qeyd olunub
NövbətiSlovakiyanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib