Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006 tarixli, 1804 nömrəli Sərəncamı ilə hər il dekabrın 6-sı Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Peşə bayramı günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarlarına güllər qoyublar.