Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq martın 6-da Biləsuvar və Salyanda keçirilməsi nəzərdə tutulan görüşlərinin vaxtı dəyişdirilib.
Nazirlikdən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə martın 31-də Biləsuvar şəhərində Biləsuvar və Neftçala sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə Salyanda rayon sakinlərini qəbul edəcək.
Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.