Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib.
Bu barədə “Report”un Qərb Mərkəzinə Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov məlumat verib.
Onun sözlərinə görə, bir müddət öncə tapılan nəşin İxtiyar İlqar oğlu Əliyevə məxsus olduğu dəqiqləşib.
Mərhumun nəşi sabah ailəsinə təhvil veriləcək və rayonun Goran kəndində dəfn olunacaq.
Qeyd edək ki, İ.Əliyev ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sonradan ondan xəbər alınmayıb.
Mərhum ailəli idi, övladı yoxdur.