Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.
Bu barədə Naqif Həmzəyev özünün facebook səhifəsində yazıb: “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun prezidentinin və vitse-prezidentlərinin, Büro və Daimi Komitə üzvlərinin seçilməsi ilə başladı.
Bu gün isə komitə iclası zamanı həmkarım xanım Sahibə Qafarovanın təklifi ilə əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçildim.
Namizədliyimi dəstəklədikləri üçün AŞPA Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və həmkarım Sahibə Qafarovaya dərin təşəkkürümü bildirirəm”.