Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası yer kürəsinin, eyni zamanda ölkəmizin saknlərinin sağlamlığını təhdid altına alıb. Gözlə görə bilmədiyimiz düşmənlə mübarizə günümüzün bir nömrəli reallığına çevrilib.
Bunu YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ilk gündən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı. Sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər dayanmadan davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarəti ilə müvafiq tədbirlər görülür. Şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları davam etdirilir.
Naqif Həmzəyev ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası ilə mübarizə apardığı belə bir çətin vaxtda Gəncədən seçilən millət vəkillərinin Gəncə şəhər İcra Hakimiyyətinin koronavirusun yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərində, bu istiqamətdə aparılan reydlərdə, maarifləndirmə işlərində də yaxından iştirak etdiklərini bildirib: Onlar şəhər rəsmiləri ilə birlikdə müxtəlif ərazilərində fəaliyyət göstərən ərzaq mağazalarına, apteklərə baş çəkir, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını, sanitar gigiyena normalarının vəziyyətini araşdırır, xüsusi risk qrupuna daxil olan yaşı 65-dən yuxarı və karantin qaydalarına məhəl qoymayan vətəndaşlarla marifləndirici söhbətlər aparırlar. Millət vəkilləri həmçinin imkansız ailələrə baş çəkir, ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət sovqtlar paylayırlar.
Naqif Həmzəyev vurğulayıb ki, bəşəriyyət üçün böyük təhlükə yaradan COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində hakim Yeni Azərbaycan Partiyası kimi YAP Gəncə şəhər təşkilatı da geridə qalmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulan təşkilatın əməkdaşları mart və aprel ayları üzrə əmək haqlarını, ümumilikdə 28 440 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Bu günə qədər YAP Gəncə şəhər təşkiltının əməkdaşları və könüllüləri 500-ə yaxın yaşı 65-dən yuxarı tənha və ahıl vətəndaşa, aztəminatlı ailəyə gigiyenik vasitələr, ərzaq olan sovqatlar çatdırıb, xüsusi karantin rejimi ilə əlaqədar onlara maarifləndirici tövsiyələr veriblər. Aksiyada yaşı 65-dən yuxarı olan partiya veteranları da diqqətdən kənarda qalmır. Təşkilatın mütəmadi xarakter alan yardım aksiyaları xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.
Koronavirusla mübarizə prosesində Gəncədə fəaliyyət göstərən sahibkarlar da fəal vətəndaş mövqeyi nümayiş etdirir, onlar da yardım aksiyalarına qoşulublar.
Onu da qeyd edim ki, nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, birinci Vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Ən əsası isə xalq-hakimiyyət birliyi, həmrəyliyimiz, insanlar arasında qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri, vətəndaş məsuliyyəti koronavius kimi qorxunc kabusa qalib gəlməkdə yardım edəcək, tezliklə xalqımız gözəgörünməz təhlükədən sovuşacaq. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük!”-deyə millət vəkili qeyd edib.