“Yeni Azərbaycan Partiyası Milli Məclisə növbədənkənar seçkilərdə uğur qazandı. Bu uğurun təməlində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri dayanır. Azərbaycan xalqı öz seçimi ilə, Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməklə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi.
Bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev özünün “Facebook” səhifəsində yazıb. Naqif Həmzəyev vurğulayıb ki, mən hər zaman özümü Prezidentin əsgəri saymışam. Seçicilərimin Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd olaraq VI çağırış Milli Məclisin deputatı kimi yenidən mənə etimad göstərmələri mənim üçün böyük şərəfdir. Hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, onların etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaq, Vətənimizin, dövlətimizin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm, hər bir Gəncəlinin deputatı olacam.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb. 38 saylı Nizami ikinci seçki dairəsinndən Həmzəyev Naqif Ələşrəf oğlu – 6 min 901 səslə (44,9 faiz) növbəti dəfə deputat seçilib.