NATO-nun müdafiə nazirləri fevralda Brüsseldə görüşəcək

NATO-ya üzv ölkələrin müdafiə nazirləri fevralın 13-də Brüsseldə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, iclasa NATO-nun Baş katibi Mark Rutte sədrlik edəcək.

Nazirlərin görüşünün ətraflı proqramı görüşün tarixinə yaxın dərc olunacaq.

ƏvvəlkiLeyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
NövbətiTürkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb