2019-cu ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazinin mürəkkəb relyefini nəzərə alaraq Vətənimizin hava sərhədlərinin etibarlı müdafiəsini təmin etmək üçün mütəmadi olaraq peşəkarlıqlarını artırmaq məqsədi İlə təlim-məşqlərə cəlb edilirlər.
Yarışlarda iştirak edən şəxsi heyət bilik və bacarığını nümayiş etməklə verilən ən çətin tapşırıqları uğurla yerinə yetirib.