Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Türk.az–ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir.