Ölkəmizin digər regionlarında yaşayan və sosial qayğıya ehtiyacı olan şəxslər “Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda müayinə və müalicə olunurlar.
“Report”un yerli bürosu xəbər verir ki, hər il təşkil olunan humanitar aksiyadan bu dəfə sağlamlıq imkanları məhdud şəxslər və şəhid ailəsi üzvləri yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan şəxslər Diaqnostika-Müalicə Mərkəzində olub, müvafiq müalicə prosedurlarından keçiblər.
Yüksəkixtisaslı həkimlər tərəfindən müayinələrdən keçən şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.